gözə pərdə tutmaq

bax gözdən yaylıq asmaq
gözə pərdə salmaq
gözə sataşmaq
OBASTAN VİKİ
Pərdə
Pərdə — qapı, pəncərə və digər yerlərdən asılan örtük və ya bir yeri iki hissəyə ayırmaq üçün istifadə edilən iri parça. Qədim dövrlərdən üfüqi zolaqlardan ibarət ənənəvi naxışlarla bəzədilmiş uzun saçaqlı, ağ rəngli qalın yun parçadan hazırlanardı. Həyətdən evə və yaxud da çadır, alaçıqların giriş qapısının örtülməsi üçün Azərbaycanda istifadə edilərdi. Keçmiş zamanlarda bu məqsədlə kilim, cecim və s. kimi müxtəlif xovsuz xalçalardan, eləcə də tirmə parçalardan istifadə edirdilər. Orta əsrlərdə şah saraylarında qapıların üzərində pərdə əvəzi kimi xovlu xalçalar asılardı, bəzən elə bu xalçalar qapını əvəz edərdi. Müasir pərdələrin otaqların ümumi görkəminə təsiri böyükdür. Onları da ən azından mövsümə görə dəyişmək lazımdır. Hər bir otağın xüsusiyyətindən asılı olaraq müxtəlif materiallardan hazırlanmış, müxtəlif rəngli pərdələr istifadə olunmalıdır. Qonaq otağı üçün isti rəngli, yataq otağına sadə, sakit, mülayim tonlu pərdələr, uşaq otağına əhval-ruhiyyəni yüksəldən rənglərdən olan pərdələr daha yaxşıdır.
Dəmir pərdə
«Dəmir pərdə» — siyasi termin olub, Vinston Çörçill tərəfindən 5 mart 1946-cı ildə onun Fultondakı çıxışı zamanı işlədilmişdir. Çıxış, "soyuq müharibə"nin başlanğıcı üçün siqnal rolunu oynadı. Dəmir pərdə, ideoloji münaqişə idi və fiziki sərhəd, 1945-ci ildə İkinci dünya müharibəsinin sonundan 1991-ci ildə Soyuq müharibənin bitiminə qədər Avropanı 2 ayrı əraziyə bölürdü. Termin, SSRİ-nin özünü və peyk dövlətlərinin qərblə və sovetlərin nəzarətində olmayan ərazilərlə açıq əlaqədən məhrum etmək səylərini simvolizə edirdi. Dəmir pərdənin şərq hissəsində olan ölkələr, SSRİ-nin təsirində olan ölkələr idi. Dəmir pərdənin digər hissəsindəki dövlətlər isə özlərinin beynəlxalq iqtisadi və hərbi ittifaqlarını inkişaf etdirmişdi: Qarşılıqlı İqtisadi Yardımlaşma Şurası və Varşava Müqaviləsi Təşkilatına üzv ölkələr, aparıcı dövlət kimi SSRİ ilə Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələr və aparıcı dövlət kimi ABŞ ilə Dəmir pərdə, əsasən qitənin mərkəzində Avropa ölkələri arasında sərhəd müdafiələri formasını götürdü. Ən diqqətəlayiq sərhəd, Berlin divarı və bütünlüklə dəmir pərdənin simvolu kimi xidmət edən Çekpoynt Çarli ilə idi. Dəmir pərdəni dağıdan hadisələr, Polşada narazılıqla başladı və Macarıstan, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya və Rumıniyada davam etdi. Rumıniya, Avropada yeganə kommunist dövləti idi ki, zorla öz totalitar hökumətini devirmişdi. == Soyuq müharibə ifadəsinin işlədilməsi öncəsi == Vinston Çörçillin ifadəni söyləməmişdən öncə "dəmir pərdə" termininin müxtəlif işlədilmə formaları — Rusca: Железный занавес Zheleznyj zanaves; Almanca: Eiserner Vorhang; Çexcə: Železná opona; Slovakca: Železná opona; Macarca: Vasfüggöny; Rumınca: Cortina de fier; İtalyanca: Cortina di ferro; Serbcə: Гвоздена завеса Gvozdena zavesa; Estonca: Raudne eesriie; Bolqarca: Желязна завеса Zhelyazna zavesä.
Pərdə sürəti
Pərdə sürəti ― fotoqrafiyada diafraqmadan keçən işığın nə qədər müddət senzorda qalacağını ifadə edən sistem. Başqa sözlə, pərdə sürəti şəkil çəkməyə sərf olunacaq vaxtı müəyyən edir. Professional fotoaparatlarda pərdə sürəti aralığı genişdir. Həvəskar, yaxud ucuz kameralar daha az pərdə sürəti aralığına sahibdir. Pərdə uzun müddət açıq qalarsa, hərəkət edən cisimlər fotoda bulanıq halda təsvir olunar. Bu isə hərəkət hissi verir. Məsələn, şəlalə, çay, hərəkətdə olan maşınlar və s. kimi obyektlər üçün istifadə olunur. Qısamüddətli pərdə sürəti isə anlıq hadisələr üçün təsvir olunur. Quşun qanad çalmağı, delfinin suyun üstünə tullanması və s.
Sonuncu pərdə
Sonuncu pərdə — 2019-cu ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının üçüncü filmi. Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin" dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?
İkinci pərdə
İkinci pərdə — 2017-ci ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının ikinci filmi. Filmin ssenarisini Emil Quliyev, filmin prodüseri Orxan Mərdan və ssenarist Pərviz Həsənli qələmə almışlar. Əsas rolları Hikmət Rəhimov, Günay Əhməd, Elşən Əsgərov, Qorqud Cəfərli və Ziya Ağa canlandırırlar. Film istehsal olunduğu tarixdən kinoteatrda baxışdan yanaşı, "YouTube"-də izlənilməsindən sonra bəyəni əldə etmiş, lakin tənqidlərə məruz qalmışdır. Tənqidlərə əsas səbəb kimi filmdə nalayiq ifadələrin işlənilməsi, bəzi açıq səhnələrin mövcudluğu göstərilmişdir. Ümumilikdə bu film, ictimai etirazlara baxmayaraq müsbət rəylərlə tamamlanmışdır. 72 dəqiqəlik filmin əsas süjet xətti yaxın dostların uzaqdan nə qədər yaxın görünsə də yaxından bir o qədər də uzaq görünməsi üzərində aparılmışdır. Səhnələrin bir çoxu gerçək yansıltmalar üzərində lentə alınmışdır. "İkinci pərdə" filmindən sonra trillogiyanın üçüncü "Sonuncu pərdə" filmi istehsal olunmuşdur. Süjetin əsasını xəyanət motivi təşkil eləyir.
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
Gözə göz (film, 1981)
Gözə göz (ing. An Eye for an Eye) — 1981-ci ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. == Məzmun == Polis Şon Keyn dostu Devid Pirs ilə narkomafiya bandasının əsatiri altına düşürlər. Bu mübarizədə Devid Pirs ölür.
Pərdə (film, 2016)
Pərdə — Emil Quliyevin eyniadlı sosial dram trillogiyasının birinci filmi. Bu yaxınlarda Lalənin atası onu evləndirir. Sevgilisi Emil Lalənin qardaşı Zaurdan ona evdən qaçıb, özü ilə gizləməyə kömək etməyə xahiş edir. Film 2016-cı ilin aprelin 21-də ayında üzə çıxıb. Hazırda o, megogo saytında mövcuddur.
Sonuncu pərdə (film, 2019)
Sonuncu pərdə — 2019-cu ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının üçüncü filmi. Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin" dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?
İkinci pərdə (film, 2017)